Millimiz yoldaşlıq görüşündə Belarusa məğlub oldu
Azərbaycan millisi yoldaşlıq görüşündə
Belarusa məğlub olub.
TodayPress xəbər verir ki, Masazırdakı
"Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı
qələbəsi ilə yekunlaşıb.
Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan
yığmasının qapısından keçirib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi
kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.
tag: Milli,Azərbaycan, Belarus, Futbol, Məğlub, todaypress.az,