Millimiz Ümumdünya Şahmat Olimpiadasında qələbə qazandı
İdman
11.09.2024 22:47
Azərbaycanın
kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci
Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.
TodayPress xəbər verir ki, I
turda İordaniya ilə qarşılaşan yığmamız rəqibini 3,5:0,5 hesabı ilə üstələyib
Aydın Süleymanlı
– Əl Hatib-Əhməd 1:0
Nicat Abasov – Samir Loay 1:0
Rauf Məmmədov – Malik Saef 1:0
Şəhriyar Məmmədyarov – Anas Hvaira 0,5:0,5
Qeyd edək ki,
qadınlardan ibarət komandamız Nikaraquanı məğlub edib - 4:0. Kapitanı Mixail
Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər
Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan
ibarətdir
tag: Şahmat, Milli, Aydın Süleymanlı,Macarıstan,todaypress.az,