Millimiz üçün yeni imkan

İdman

10.04.2025 15:03

6

Yay Olimpiya Oyunlarının basketbolun 3x3 növü üzrə yarışlarında iştirakçı sayı artırılıb.   

TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi qərar verib. 

2028-ci ildə Los-Ancelesdə keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarında 12 kişi və 12 qadın komandası mübarizə aparacaq.

Tokio və Paris Olimpiadalarında bu rəqəm 8-ə bərabər olub. 

Say artımı Azərbaycan millisi üçün yeni imkanlar yaradıb.

Fransa paytaxtında 7-c i yeri tutan qadın yığmamız ABŞ-də də iştirakçılar sırasına düşməyə namizədlərdəndir.   

Namiq HUN

tag: Azərbaycan,Basketbol,3x3,Olimpiya,Todaypress.az,