Millimiz rəqiblərini tanıdı

İdman

30.05.2024 19:48

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin püşkü atılıb.

TodayPress xəbər verir ki, Azərbaycan millisi 5-ci qrupda yer alıb. Yığmamız Xorvatiya, İsveç və Yunanıstan komandası ilə qarşılaşacaq.

Oyunlar 2024-cü il dekabrın 9-dan 2025-ci il aprelin 16-dək keçiriləcək. 

Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. Ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının 2026-cı il yanvarın 18-dən fevralın 8-dək keçiriləcək final mərhələsinin meydan sahibləri – Latviya və Litva komandaları yarışa birbaşa qatılacaq.

tag: Futzal,AVRO-2026, İdman, todaypress.az,