Millimiz qrup qalibi oldu
Minifutbol üzrə Azərbaycan yığma komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
TodayPress xəbər verir ki, ilk iki turda qələbə qazanan komandamız Fransanı da məğlub edib, 3:1. Millimizin heyətində Mirkamil Əliyev (8-ci dəq.), Ramiz Çovdarov (30-cu dəq.) və Vüsal İsayev (49-cu dəq.) fərqlənib. Nəticədə komandamız pley-off mərhələsinə qrup lideri kimi yüksəlib.
Namiq HUN
tag: Fransa,Avropa Çempionatı,Minifutbol,Azərbaycan yığma komandası,Bosniya,todaypress.az,