Millimiz Qazaxıstana qalib gəldi
İdman
11.06.2024 20:07
Futbol üzrə Azərbaycan yığma komandası növbəti oyununu keçirib.
TodayPress xəbər verir ki, millimiz Macarıstanda təşkil olunan təlim-məşq toplanışında Qazaxıstan komandası ilə üz-üzə gəllib.
Sombatxey qarşılaşmasına rəqib aktiv başlayıb. Yan Voroqovskiy (2-ci dəq.) oyunda hesabı açıb. Maksim Samorodov (28-ci dəq.) fərqi 2 topa yüksəldib. Mahir Emreli (42-ci dəq.) hesab arasındakı fərqi minimuma endirib,1:2. Komandamız ikinci hissədə oyunda təşəbbüsə yiyələnib. Emin Mahmudov (51-ci dəq.) hesabı bərabərləşdirib. Toral Bayramov (73-cü dəq.) millimizi hesabda irəli çıxarıb. Matç millimizin qələbəsi ilə başa çatıb, 3:2.
Qeyd edək ki, dörd gün əvvəl komandamız Albaniya yığmasına 1:3 hesabı ilə uduzub.
Azərbaycan millisi növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.
Namiq HUN
tag: Azərbaycan Yığma Komandası, Futbol, Qazxıstan, Macarıstan, todaypress.az,