Millimiz qarışıq komanda yarışında mübarizəyə başlayır

İdman

27.04.2025 10:30

8

Azərbaycanın qarışıq komandadan ibarət cüdo yığması Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

TodayPress xəbər verir ki, milli yarışın son günündə Gürcüstan seçməsi ilə qarşılaşacaq.

1/8 final mərhələsinin görüşü Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları turnirin fərdi yarışlarında 5 medal (1 gümüş, 4 bürünc) qazanıblar. Zelim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medalı aktivlərinə yazdırıblar.

tag: Azərbaycan,Cüdo,Gürcüstan,Medal,todaypress.az,