Millimiz parapauerliftinq üzrə Dünya Kubokunda iştirak edəcək
Parapauerliftinq üzrə Azərbaycan yığma komandası Gürcüstanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
TodayPress Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tbilisi turniri mayın 10-12-si aralığında keçiriləcək.
Kişi parapauerliftinqçilərin turnirində Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talib Zeynalov (+107 kq) körpücük üzərinə çıxacaqlar.
Qadın idmançılardan isə Zəhra Dadaşova (61 kq) və Leyla Kərimova (73 kq) mundialın mükafatları uğrunda mübarizə aparacaqlar.
Namiq HUN
tag: Parapauerliftinq ,Gürcüstan,Kubok,Milli,Todaypress.az,