Millimiz mundialın 1/4 final mərhələsinə yüksəldi
23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib.
TodayPress xəbər verir ki, yığmamız mundialın qrup mərhələsinin son matçında Çexiya komandası ilə qarşılaşıb.
Matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəticədə Çexiya ardıcıl qazanılan üçüncü qələbə ilə qrup birincisi kimi yarımfinala adlayıb.
B qrupunu 3 xalla tamamlayan yığmamız isə 3-cü yeri tutaraq 1/4 finala yüksəlib.
Rəcəb Fərəczadənin yetirmələri yarımfinala vəsiqə uğrunda matçda İngiltərə komandası ilə görüşəcək.
Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Namiq HUN
tag: Çexiya ,Qələbə ,Rəcəb Fərəczadə ,Yarımfinal, todaypress.az,