Millimiz “Mingəçevir reqatası-2024”də 24 medal qazandı
İdman
18.10.2024 15:05
Azərbaycan təmsilçiləri avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin son günündə daha 13 medal qazanmaqla, yarışı ümumilikdə 24 medalla başa vurublar.
TodayPress xəbər verir ki, Azər İlyasov-Tunar Məmmədzadə cütlüyü reqatanın qızıl medalına sahib çıxıb. Onlar akademik avarçəkmə üzrə 1500 metr məsafəyə yarışda fərqləniblər.
Amil Ramazanov kayakda 1000 metr məsafəyə yürüşdə finişə ikinci çatıb.
Avarçəkmənin kayak növündə Niyaz Məlikov-Emil Zeynalov dueti turnirin gümüş, Qiyas Əhmədov-Sübhan Həsənov tandemi isə bürünc medalı ilə kifayətlənib.
Akademik avarçəkmədə Nurlan Paşayev Cahangir-Məmmədli, Sabit Abdullayev-Fikrət Həsənov və Məhəmməd Niftullayev-Neymət Həsənov cütlükləri müvafiq olaraq ilk üç yeri tutublar.
200 metr məsafəyə kayak yarışında Qiyas Əhmədov-Sübhan Həsənov cütlüyü qızıl, İvan Vorobyanski-Hüseyn Həsənov və Vacib Babayev-Şahin İsayev duetləri isə reqatanın gümüş medallarını qazanıblar.
İbrahim Məmmədzadə-Elmir Tarverdiyev tandemi kayak növündə üçüncü olub.
1000 metr məsafəyə akademik avarçəkmədə Məhəmməd Həsənov-Raul Şamilov turnirin gümüş, Yusif Əliyev-Ruslan Fərəcov cütlüyü isə bürünc mükafatına sahib çıxıb.
Namiq HUN
tag: Milli,Mingəçevir reqatası-2024, Medal,Azər İlyasov, todaypress.az,