Millimiz Millətlər Liqasının yarımfinal mərhələsinə yüksəldi
Azərbaycan yığma komandası Slovakiyada keçirilən minifutbol üzrə Millətlər Liqasında yarımfinala yüksəlib.
TodayPress xəbər verir ki, A qrupunda yer alan millimiz gün ərzində iki oyun keçirib.
İlk oyunda Ukrayna yığması ilə qarşılan komandamız heç-heçəyə razılaşıb. Millimiz 2 top fərqiylə hesabda öndə olsa da, qələbəni əldən verib 2:2.
İkinci oyunda millimizin rəqibi meydan sahibləri, Slovakiya yığma komandası olub. Görüş slovakiyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qrup ikincisi olan millimiz yarımfinalda Belçika yığması ilə qarşılaşacaq.
Namiq HUN
tag: Azərbaycan,Slovakiya,Yarımfinal,Qələbə,Todaypress.az,