Millimiz Millətlər Liqasında ikinci oldu
Azərbaycan minifutbol yığması Slovakiyada keçirilən növbəti Millətlər Liqası turnirində final oyununa çıxıb.
TodayPress xəbər verir ki, millimiz həlledici oyunda meydan sahibləri ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan Slovakiya yığması turnirin qalibi olub.
Qeyd edək ki, komandalar qrup mərhələsində də üz-üzə gəliblər və millimiz Slovakiyaya 2:3 hesabı ilə uduzub.
Xatırladaq ki, ötən həftə Azərbaycan yığması Monteneqroda keçirilən analoji turnirin qalibi olub.
tag: Azərbaycan, Milli, İkinci, Slovakiya, todaypress.az,