Millimiz Millətlər Liqası turnirinin finalına yüksəldi

İdman

01.05.2025 16:45

4

Azərbaycanın minifutbol üzrə yığma komandası Slovakiyada keçirilən Millətlər Liqası turnirində finala yüksəlib.   

TodayPress xəbər verir ki, milimiz turnirin yarımfinal mərhələsində  Belçika yığması ilə qarşılaşıb.   

Komandamız rəqibinə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. 

Qeyd edək ki, təmsilçimiz qrup mərhələsində Ukrayna ilə (2:2) bərabərə qalıb, Slovakiyaya isə (2:3) uduzub. 

Xatırladaq ki, daha əvvəl Azərbaycanın minifutbol üzrə yığma komandası Monteneqroda keçirilən analoji turnirin qalibi olub.   

Namiq HUN

tag: Minifutbol,Slovakiya,Millətlər Liqası,Final,Todaypress.az,