Millimiz Macarıstanla qarşılaşacaq
İdman
22.01.2025 19:40
Futbol üzrə Azərbaycan yığma komandasının yoldaşlıq oyunlarındakı daha bir rəqibi məlum olub.
TodayPress AFFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, millimiz Macarıstanla qarşılaşacaq.
Yoldaşlıq görüşü iyunun 10-da Azərbaycanda keçiriləcək.
Qeyd edək ki, daha əvvəl millimiz martın 25-də Bakıda Belarus yığması ilə görüşəcək.
Namiq HUN
tag: Futbol,Yoldaşlıq oyunu,Azərbaycan,Macarıstan,İdman,todaypress.az,