Millimiz Litvaya məğlub oldu

İdman

11.11.2024 12:40

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

TodayPress xəbər ki, Litva ilə qarşılaşan yığmamız mərhələdə 3-cü dəfə 50 və daha artıq fərqlə uduzub.

Bu dəfə komandamız 61 xallıq fərqə üzülüb – 47:108. Bu, davam edən seçmə mərhələdə ikinci ən böyük fərqdir.

Antirekord da millimizə məxsusdur. Komandamız Belçikaya 108 xalıq fərqlə məğlub olub.

Ümumiyyətlə, seçmə mərhələdə 4 matç 50 və ya daha çox fərqlə başa çatıb. Bunların üçü yığmamızın hesabındadır. “Het-trik”i olan millimizdən başqa yalnız İrlandiya belə acınacaqlı məğlubiyyət alıb.

50 və daha böyük fərqin qeydə alındığı oyunlar:

108 xal

Azərbaycan – Belçika - 28:136

61 xal

Azərbaycan – Litva – 47:108

54 xal

Polşa – Azərbaycan – 105:51

52 xal

İrlandiya – Fransa – 48:100

Qeyd edək ki, 4 oyunun hamısında uduzan yığmamız seçmə mərhələdə daha iki oyun keçirəcək.

tag: Milli, Litva, Azərbaycan, Fransa, İrlandiya, todaypress.az,