Millimiz İtaliyanı məğlub etdi
Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
TodayPress xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan komandası növbəti oyununu keçirib. İtaliya millisi ilə görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı apeninlilər açsa da, üstünlüyü qoruya bilməyiblər. Millimizin heyətində Rəvan Kərimov(19-cu dəq.) hesabı bərabərləşdirib. Mirmehdi Rzayevin (45-ci dəq.) qolu isə oyunda həlledici olub.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının ilk matçında Belçikaya (3:0) qalib gəlib. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa yığması ilə qarşılaşacaq.
Namiq HUN
tag: Avropa Çempionatı ,Azərbaycan Millisi,Fransa,Belçika,todaypress.az,