Millimiz Haitiyə məğlub oldu

İdman

23.03.2025 00:22

1018

Futbol üzrə Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirib.

TodayPress xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin ilk matçında rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edib.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan seçməsi yoldaşlıq oyununda martın 25-də Masazırda Belarus komandası ilə üz-üzə gələcək.

 

tag: Haiti,Futbol, Azərbaycan, Pier , todaypress.az,