Millimiz Gürcüstan yığmasına qalib gəldi
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
TodayPress xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
U-17-nin heyətində qələbə qolunu Pünhan Kərimov vurub.
Qeyd edək ki, millimiz turnir çərçivəsində son matçını aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcək.
Namiq HUN
tag: U17,Futbol,Gürcüstan,Qələbə,Todaypress.az,