Millimiz güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazandı
Xorvatiyanın
Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan
millisi bürünc medal qazanıb.
TodayPress xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma
üzrə kişilərin trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav
Kalmıkovdan ibarət yığma üçüncü yerə sahib çıxıb.
Təmsilçilərimiz
bürünc medal uğrunda qarşılaşmada Almaniya idmançılarına 16:14 hesabı ilə qalib
gəliblər.
Yarışın qalibi
Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.
tag: Yarış, Xorvatiya, Avropa, Çempionat, Azərbaycan, Bürünc, Medal, todaypress.az,