Millimiz Estoniyaya uduzub

İdman

19.04.2025 14:38

7

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan yığma komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.

TodayPress xəbər verir ki, millimiz turnir çərçivəsində üçüncü matçında Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Matç Estoniya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu Nicat Kərimov vurub.

Qeyd edək ki, millimiz turnir çərçivəsində Moldovaya (0:1) məğlub olub, Gürcüstana isə (1:0) qalib gəlib.

Namiq HUN

tag: Futbolçu,Milli,Estoniya,Moldova,todaypress.az,