Millimiz Ermənistanı darmadağın etdi
Kosovonun paytaxtı Priştinada basketbolun 3x3 növü üzrə Avropa kuboku turniri keçirilir.
TodayPress xəbər verir ki, kişi basketbolçulardan ibarət Azərbaycan komandası təsnifat mərhələsində ilk görüşünü Ermənistan yığmasına qarşı keçirib. Matç millimizin 21:9 hesablı qələbəsi ilə başa çatıb.
Basketbolçularımız ardınca müvafiq olaraq ev sahibləri, Kipr və Albaniya yığması ilə qarşılaşacaq.
Namiq HUN
tag: Milli, Basketbol, Priştina, Avropa, Kubok, todaypress.az,