Millimiz erməniləri darmadağın etdi
İdman
09.07.2024 17:31
16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.
TodayPress xəbər verir ki, C divizionunda mübarizə aparan millimiz A qrupunun I turunda Ermənistan yığması ilə qarşılaşıb.
İlk dəqiqələrdən üstünlüyü ələ alan millimiz rəqibini darmadağın edib 86:59 Komandamız “Tersentenari” qarşılaşmasında dörd hissənin hər birində rəqibdən üstün olub 20:13, 19:14, 21:19, 26:13.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib. Millimizin qrupdakı növbəti oyunu 10 iyul Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq.
Namiq HUN