Millimiz dünya reytinqində irəlilədi

İdman

19.08.2024 11:36

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinqi açıqlanıb.

TodayPress xəbər verir ki, cədvəldə dünyanın 30 milli komandası yer alıb.

Azərbaycan yığması dünyanın 13-cü komandasıdır.  Millimizin hesabında 249,276 xal var.

Cədvələ 568,620 xalla Kanada yığma komandası başçılıq edir.

Namiq HUN

tag: Basketbol, Azərbaycan, Millimiz, Kanada, Dünya, todaypress.az,