Millimiz dünya çempionatında 8 medal qazandı
İdman
23.09.2024 09:25
Azərbaycan akrobatları Portuqaliyada keçirilən dünya çempionatında tarix yazıblar.
TodayPress xəbər verir ki, komandamız Qimarayeş turnirini 4 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü pillədə başa vurub.
Belçika (5-1-0) 1-ci, Çin isə (5-0-1) 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, yığmamızın heyətində Ağasif Rəhimov-Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans və qarışıq hərəkətlərdə qızıl, temp hərəkətlərində isə bürünc medal qazanıb.
Daniel Abbasov-Murad Rəfiyev kişi cütlüyü qarışıq və balans hərəkətlərində qızıl, temp hərəkətlərində isə bürünc medala layiq görülüb.
Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxidən ibarət heyət isə temp hərəkətində bürünc medal qazanıb.
Bundan başqa, Azərbaycan komanda yarışlarında gümüş medala sahib olub.
Namiq HUN
tag: Azərbaycan ,Akrobatlar ,Murad Rəfiyev ,Daniel Abbasov ,Portuqaliya,todaypress.az,