Millimiz Belarusla üz-üzə
Azərbaycan millisi növbəti oyununu keçirəcək.
TodayPress xəbər verir ki, yığmamız təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirəcək.
Fernandu Santuşun yetirmələri Belarus yığması ilə qarşılaşacaq.
Komandamız ilk dəfə “Bank Respublika Arena”da çıxış edəcək. Matç saat 21:45-də başlayacaq.
Yoldaşlıq oyunu
25 mart
21:45. Azərbaycan - Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Bank Respublika Arena
Qeyd edək ki, yığmamız üç gün əvvəl Sumqayıtda Haitiyə 0:3 hesabı ilə uduzub.
tag: Futbol,Azərbaycan,Milli,Komanda,Belarus,Todaypress.az,