Millimiz Belarus yığmasını məğlub etdi
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
TodayPress xəbər verir ki, yığma Belarus seçməsi ilə üz-üzə gəlib.
Binə stadionundakı qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib - 2:1.
Qeyd edək ki, komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar.
tag: Bakı, Belarus, Milli, Komando, todaypress.az,