Millimiz Avropa kubokunun final mərhələsində
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunun final mərhələsində çıxış edəcək.
TodayPress xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində uğur qazanıb.
Yarımfinal mərhələsində İrlandiyanı 21:12 hesabı ilə məğlub edən milli, finalda Kiprlə qarşılaşıb. Basketbolçularımız həlledici görüşdə 20:18 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Basketbol, 3x3, Avropa kuboku, Kosovo, İdman, todaypress.az,