Millimiz Avropa kubokunun final mərhələsində
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa kubokunun final mərhələsinə vəsiqə qazanıb.
TodayPress xəbər verir ki, komandamız Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsinin yarımfinalında Maltaya 15:10 hesabı ilə qalib gəlib. Millimiz finalda da uğurlu çıxış edib. Basketbolçularımız həlledici oyunda Kiprə 21:12 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də Avstriyanın Qrats şəhərində keçiriləcək.
Namiq HUN
tag: Avropa kuboku, Basketbol, 3x3, Kosovo,Idman,todaypress.az,