Millimiz Avropa çempionu oldu!

İdman

11.03.2025 09:24

2148

Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında sərbəst güləşçilərin yarışına yekun vurulub.   

TodayPress xəbər verir ki, millimiz ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu olub.   

Sərbəst güləş yığmamız həm topladığı xala, həm medalların, həm də finalların sayına görə rekordunu yeniləyib.  Komandamız ilk dəfə yarışda 10 çəkidən 9-da medal qazanıb.

İlk dəfə 5 sərbəst güləşçimiz qitə çempionatının finalında güləşib. Komandamız yekun sıralamada 169 xalla toplamaqla özünün yeni xal rekordunu müəyyən edib. Millimiz ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqlayıb. Ukrayna 104 xalla üçüncü yeri tutub. 

Xatırladaq ki, sərbəst güləş yığmasının tərkibində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.   

Namiq HUN

tag: Azərbaycan,Güləş,Avropa,Çempion,Todaypress.az,