Millimiz Avropa çempionu oldu
İdman
15.07.2024 11:11
16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.
TodayPress xəbər verir ki, millimiz Cəbəllütariq turnirinin həlledici matçında köhnə tanış Kiprlə qarşılaşıb.
Final matçı qrup mərhələsində 68:56 hesablı qələbə qazanan basketbolçularımızın üstünlüyü ilə başlayıb. Komandamız fasiləyə hesabda üstün yollanıb 34:19. Sonda rəqibindən 69:52 hesabı ilə güclü olan millimiz C divizionunun qalibi olub.
Millinin üzvü Angelina İsmayılova Avropa çempionatının ən dəyərli oyunçusu seçilib.
Namiq HUN
tag: Basketbol, Qələbə, Final, Azərbaycan Millisi, Angelina İsmayılova, todaypress.az,