Millimiz Avropa çempionatının finalına yüksəldi

İdman

13.07.2024 21:30

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

TodayPress xəbər verir ki, yığmamız Cəbəllütariq turnirinin yarımfinal matçına çıxıb.

Bu mərhələdə komandamızın rəqibi Albaniya yığması olub. Millimiz rəqibinə 92:62 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Namiq HUN

tag: todaypress.az, Milli, Avropa çempionatı, Cəbəllütariq, Albaniya,