Millimiz Avropa çempionatındakı rəqiblərini tanıdı

İdman

13.12.2024 14:19

Badminton üzrə Azərbaycan millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

TodayPress Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, turnirdə 8 komanda mübarizə aparacaq. 

I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığma komandaları olacaq.

II qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları mübarizə aparacaq. 

Qeyd edək ki, qruplarda ilk 2 yeri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Namiq HUN

tag: Badminton ,Azərbaycan ,Milli,Avropa,Federasiya,todaypress.az,