Millimiz Avropa çempionatında gümüş medal qazandı

İdman

29.07.2024 09:34

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığma komandası Kosovoda keçirilən  Avropa çempionatının C divizionunda son matçına çıxıb. 

TodayPress xəbər verir ki, Priştina turnirinin həlledici görüşünə qədər keçirdiyi 4 matçda qalib gələn millimizin bu dəfə rəqibi Kosovo yığması olub. 

Türkiyəli mütəxəssis Evren Alkayanın çalışdırdığı komanda finalda 65:75 hesablı məğlubiyyət acısı yaşayıb. 

Namiq HUN

tag: Avropa, Azərbaycan, Basketbol, Kosovo, Evren Alkaya, todaypress.az,