Millimiz Avropa çempionatına qələbə ilə başladı

İdman

02.06.2024 14:25

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən minifutbol üzrə Avropa çempionatında milli komandamız ilk oyununu keçirib.

TodayPress xəbər veriri ki, F qrupunda mübarizə aparan Elşad Quliyevin yetirmələri qrup mərhələsinin ilk oyununda Belçika seçməsi ilə üz-üzə gəlib. Yığmamız rəqibini 3:0 hesabı ilə məğlub edib. İlk yarını Vüsal İsayevin yeganə qolu ilə qazanan komandamız ikinci hissədə üstünlüyünü artırıb. Vüsal İsayevin dubl etdiyi oyunda son nöqtəni Samir Həmzəyev qoyub. 


Namiq HUN

tag: Avropa çempionatı,F qrupu, Minifutbol, İdman ,todaypress.az,