Millimiz Avropa çempionatı ilə vidalaşdı
Minifutbol üzrə Avropa çempionatı davam edir.
TodayPress xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan yarışın 1/4 final mərhələsində Azərbaycan millisi Qazaxıstan yığması ilə qaşılaşıb.
Buna qədər çempionatda keçirdiyi dörd oyunda qələbə qazanan Elşad Quliyevin yetirmələri seriyanı davam etdirə bilməyib. Çempionatın favoritlərinin erkən final görüşünü penaltilər seriyasında Qazaxıstan (7:6) qazanaraq yarımfinala yüksəlib. Millimiz isə Avropa çempionatında mübarizəni dayandırıb.
Namiq HUN
tag: Bosniya, Avropa Çempionatı, Minifutbol, Elşad Quliyev, todaypress.az,