Millimiz Astanada 9 medal qazandı

İdman

14.10.2024 15:20

Qazaxıstanda qrapplinq və qrapplinq qi idman növləri üzrə dünya çempionatı keçirilib.

TodayPress xəbər verir ki, Astana turnirində böyüklər arasında Fərhad Bağırov (58 kq) qızıl, Hacımurad Purtiyev (84 kq) isə gümüş medal qazanıb.

U-20 yaş qrupu üzrə Elman Əsgərov (71 kq) və Emil Verdiyev (62 kq) gümüş, Hacıəbdül Abdulov (U-15, 29-32 kq) bürünc medala yiyələniblər.

Aysu Əliyeva (U-17, 40 kq) qrapplinq üzrə gümüş, qrapplinq qi versiyasında isə bürünc medala layiq görülüb.

Veteranlar arasında Səbuhi Məmmədov (62 kq) iki versiyada da gümüş mükafata sahib olub. 

Namiq HUN

tag: Astana, Milli, Elman Əsgərov ,Emil Verdiyev ,Aysu Əliyeva, todaypress.az,