Millimiz “Adriatik incisi” turnirində uğurla çıxış edir
Gənc boksçuların Monteneqroda keçirilən “Adriatik incisi” beynəlxalq turnirində Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
TodayPress xəbər verir ki, Zidan Hümbətov (54 kq) dünya kuboku statuslu turnirin özü üçün azı bürünc medalını təmin edib.
Boksçumuz Budva turnirində ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib. Rəqibini ikinci raundda tam üstünlüklə məğlub edən Hümbətov finala vəsiqə uğrunda döyüşdə qazaxıstanlı Ali Muratla üz-üzə gələcək.
Qeyd edək ki, “Adriatik incisi”ndə daha 3 boksçumuz yarımfinalda mübarizə aparacaq.
Banuçiçək Nəsirli (48 kq) polşalı Natalya Nieviadomska ilə, Özləm Həsənova (66 kq) qazax Akbota Yessimbekova ilə, İlkanəƏhmədova (+81 kq) isə digər qazaxıstanlı Sabina Jaksiliklə döyüşəcək.
Namiq HUN
tag: Zidan Hümbətov,Boks,Qələbə,Yarış,Todaypress.az,