Millidən Avropa çempionatında uğursuz start
Bakıda badminton üzrə qarışıq komandaların Avropa çempionatı keçirilir.
TodayPress xəbər verir ki, 1-ci qrupda yer alan millimiz ilk oyunda İngiltərə yığması ilə qarşılaşıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda İngiltərə seçmə kollektivi 3:2 hesablı qələbə qazanıb.
Qarışıq qoşa kateqoriyasında Diki Pangestu - Keişa Fatimə Zəhra tandemi Roy Easton - Lizzie Tolman cütünə 0:2 (12-21,9-21) hesabı ilə uduzub.
Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo hər iki setdə Harri Huanqdan üstün olub 2:0 (27-25, 21-13)
Qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Freya Redfearnı 2:0 (21-11,21-7) hesabı ilə məğlub edib.
Kişi və qadın badmintonçuların qoşa yarışında isə İngiltərə komandası qalib fəlib.
Aqil Qəbilov - Diki Pangestu dueti Callum Hemming - Ethan Van Leeuvenə 0:2 (12-21, 7-21) hesabı ilə uduzub.
Leyla Camalzadə - Həcər Nuriyeva cütü isə qadınların qoşa yarışında Harris Abbigael - Van Leeuven Estelle duetinə 0:2 (6-21, 9-21) hesabı ilə məğlub olub.
Millimiz qrupda növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.
Namiq HUN
tag: Bakı,Badminton,Avropa ,Çempionat,todaypress.az,