Millidən Avropa çempionatında uğurlu start

İdman

10.03.2025 10:17

1165

Azərbaycan sərbəst güləşçiləri Albaniyada keçirilən U-23 Avropa çempionatına 4 medalla start veriblər.   

TodayPress xəbər verir ki, güləşçilərimiz ilk yarış günündə 2 gümüş və 2 bürünc medal qazanıblar. 

Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Kənan Heybətov (70 kq) Tirana turnirinin həlledici qarşılaşmasında rusiyalı güləşçi ilə bacarmayıb. 

Fərid Cabbarov (79 kq) da finalda Rusiya təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib. 

Təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisinə tam üstünlüklə qalib gələn Rəhman İmanov (57 kq) ukraynalı güləşçini də üstələyərək bürünc medala sahib çıxıb.  Ukrayna güləşçisi ilə təsəlliverici görüşdən qalib ayrılan Murad Haqverdiyev (65 kq) həlledici qarşılaşmada moldovalı rəqibini də məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.   

Namiq HUN

tag: Güləş,Avropa,Çempionat,Kənan Heybətov,Gümüş,Medal,Todaypress.az,