Milli üzvünün futbol fəaliyyətinə qadağa qoyuldu

İdman

26.08.2024 17:53

Qırğızıstan millisinin futbolçusu Mirbek Axmatəliyev 5 il müddətinə diskvalifikasiya edilib.

TodayPress xəbər verir ki, buna futbolçunun komanda yoldaşı ilə dava etməsi səbəb olub.

Futbolçular “Muras Yunayted" komandasının Bişkekin “Selmaş” stadionundakı məşqi zamanı dalaşıblar. Qarşıdurmada klubun legionerlərindən olan Yevgeni Terzinin çənəsi sınıb. Nəticədə 30 yaşlı Axmatəliyevin müqaviləsinə xitam verilib.

Bununla yanaşı, klubun məşqçilər korpusu və idman direktoru da işdən çıxarılıb.

Namiq HUN

tag: Qırğızıstan, Muras Yunayted, Selmaş, Yevgen ,Xitam, todaypress.az,