Milli üzvü müharibədə həlak oldu

İdman

30.12.2024 13:20

Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev Ukrayna ilə müharibədə həlak olub.

TodayPress xəbər verir ki, o, bir müddət əvvəl Krasnodarda 500 qram mefedronla həbs olunaraq 9 il yarım müddətinə həbs edilmişdi. 

Buqayev ciddi rejimli koloniyada yatmamaq üçün, müharibədə döyüşməyə razı olub.

43 yaşlı Aleksey Buqayev vaxtilə Moskvanın “Torpedo” və "Lokomotiv" klublarında müdafiəçi mövqeyində çıxış edib. O, 2004-2005-ci illərdə Rusiya millisinin heyətində 7 oyuna çıxıb.  

Namiq HUN

tag: Rusiya,Milli,Sabiq,Futbolçu, Aleksey Buqayev,Ukrayna ,todaypress.az,