Milli üzvü komandadan uzaqlaşdırıldı

İdman

07.04.2025 11:47

8

Futzal üzrə Azərbaycan yığma komandasının qapıçısı Rövşən Hüseynli heyətdən çıxarılıb.   

TodayPress xəbər verir ki, səbəb onun intizamsızlıq etməsidir.   

Baş məşqçi buna görə təcrübəli oyunçunu millidən uzaqlaşdırıb.   

Milli komandanın üzvləri Nihat İsmayılov və Kamran Hacıyev isə zədə səbəbindən heyətdən çıxarılıblar. 

Vitali Borisov əvəzində “Neftçi”-dən qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib. 

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək.   

İsveçlə oyun aprelin 11-də baş tutacaq.

Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.

(“Qafqazinfo”)   

Namiq HUN

tag: Futzal,Azərbaycan,Milli,Komanda,Todaypress.az,