Milli üzvü “Iran Fajr International Challenge”də ikinci oldu
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İran İslam Respublikasında təşkil olunan beyəlxalq turnirdə uğurla çıxış edib.
TodayPress xəbər verir ki, o, “Iran Fajr International Challenge” turnirinin gümüş medalını qazanıb.
Qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan Keişa finala aparan yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib. O, qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla yarışıb. Görüş turnirin reytinq favoritinin 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Azərbaycan,Turnir,Türkiyə,Badmintonçu,Todaypress.az,