Milli üzvü bürünc medalı təmin etdi
Macarıstanda boks üzrə beynəlxalq turnir davam edir.
TodayPress xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) Debretsen turnirində slovakiyalı Lukas Vimislski ilə döyüşdə 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) qələbə qazanaraq yarımfinala yüksəlib.
O, uğurlu çıxışı sayəsində turnirin ən azı bürünc medalını özünə təmin edib.
Əli Abdullayev (65 kq) isə 1/8 finalda macar Qabor Skubikslə döyüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Abdullayev yarımfinala aparan yolda digər macar boksçusu Qerq Şarazı sınağa çəkəcək.
Namiq HUN
tag: Azərbaycan,Boks,Macarıstan,Turnir,Todaypress.az,