Milli titulunu qoruya biləcək?
Azərbaycanın bədii gimnastika üzrə qrup komandası mövsümü Fransada açacaq.
TodayPress xəbər verir ki, martın 29-30-da Thiais şəhərində ənənəvi Qran Pri yarışı keçiriləcək.
Qrup hərəkətləri millimizin çıxış edəcəyi turnirdə Fransa ilə yanaşı, Kanada, Estoniya, Çexiya, ABŞ, Macarıstan və Özbəkistan bədii gimnastlarının da iştirakı gözlənilir.
Qeyd edək ki, ötən il millimiz Thiaisdə 5 halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.
Namiq HUN
tag: Azərbaycan,İdman,Gimnastika,Qran Pri,todaypress.az,