Milli tarixi matçda məğlubiyyətlə barışdı
İdman
12.07.2024 22:35
Qadın futbolçulardan ibarət Azərbaycan
millisi növbəti oyununu keçirib.
TodayPress xəbər
verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B
liqasının I qrupunda son ev oyununda Macarıstan komandasını qəbul edib.
Siyasət Əsgərovun yetirmələri
Liv bona Dea Arena qarşılaşmasında qalib
gəlsəydi, qrup sonuncusu olmayacağı rəsmiləşəcəkdi. Bundan başqa uğurlu çıxış
millimizə çempionatın pley-offuna vəsiqə qazandıracaq və B liqasında qalmaq
baxımından əlamətdar olacaqdı. Amma istədiyimiz baş tutmayıb. Oyun eyni istəklə
meydana çıxan Macarıstan komandasının böyükhesablı qələbəsi ilə başa çatıb
5:0.
Qeyd edək ki, millimiz dörd
gündən sonra səfərdə qrup lideri İsveçrə komandası ilə qarşılaşacaq.
Namiq HUN
tag: todaypress.az, Azərbaycan, Macarıstan, Futbol, Milli,