Milli seçmə mərhələdəki ikinci matçında da məğlub oldu
İdman
29.11.2024 16:35
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət komandası Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
TodayPress xəbər verir ki, B Liqasının V qrupunda yer alan millimiz bu dəfə Estoniya yığması ilə üz-üzə gəlib.
Kipr qarşılaşması rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 buna qədər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə komandasına 0:8 hesabı ilə məğlub olub.
Milli komanda dekabrın 2-də Kipr yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.
Namiq HUN
tag: Azərbaycan, Avropa, Liqa, Çempionat, Milli,todaypress.az,