Milli Rusiya yığması ilə ikinci yoldaşlıq oyununu keçirəcək
İdman
02.12.2024 11:26
Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Rusiya millisi ilə növbəti yoldaşlıq oyununu keçirəcək.
TodayPress xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv rəqibi ilə səfərdə qarşılaşacaq.
Tacikistanlı referi Nodira Mirzoyevanın idarə edəcəyi matç “Soçi” klubunun bazasında baş tutacaq.
Qeyd edək ki, noyabrın 28-də təşkil olunan ilk oyunda Rusiya millisi qələbə qazanıb 1:0.
Namiq HUN
tag: Azərbaycan, Rusiya, Tacikistan, Nodira Mirzoyeva,Qələbə, todaypress.az,