Milli revanş aldı

İdman

04.06.2024 22:05

Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

TodayPress xəbər verir ki, millimizin rəqibi Türkiyə yığması olub. Siyasət Əsgərovun yetirmələri “Dalğa Arena” qarşılaşmasında rəqibinə  minimal hesabla qalib gəlib, 1:0. Millimizin heyətində Nigar Mirzəliyeva (89-cu dəq.) fərqlənib.

Bu qələbədən sonra yığmamız İsveçrənin 9 xalla mütləq lider olduğu B Liqasının İ qrupunda 3-cü pilləyə yüksəlib. Türkiyə yığması 6 xalla 2-cidir.

Namiq HUN

tag: Qadın futbolçular,Türkiyə yığması,"Dalğa Arena",Avropa Çempionatı,todaypress.az,