Milli qarşısına çıxanı məğlub edir
İdman
11.07.2024 14:51
16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.
TodayPress xəbər verir ki, yığmamız Cəbəllütariq turnirində qrup mərhələsinin III turunda Kiprlə qarşılaşıb.
Millimiz A qrupu liderlərinin “Tersentenari” görüşündən qalib ayrılıb 68:45. Komandamız daha əvvəl turnirdə Ermənistan və Gürcüstanı yığmalarını darmadağın edib. Nəticədə basketbolçu qızlar ardıcıl qazanılmış 3 qələbə ilə qrupda 1-ci yeri tutub.
Qeyd edək ki, ötən il çempion tituluna yiyələnən komandamız C divizionunda keçirdiyi ümumilikdə 8-ci matçında qalib gəlib. Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri iyulun 13-də baş tutacaq.
Namiq HUN
tag: Azərbaycan, Gürcüstan,Cəbəllütariq, Çempion, Avropa Çempionat, todaypress.az,